Dünən
Azərbaycan Rusiyanın UEFA-ya qayıdışını dəstəkləyib

Azərbaycan Rusiyanın UEFA turnirlərinə qayıdışını dəstəkləyib
UEFA-nın İcraiyyə Komitəsinin Albaniyada keçirilən iclasında Azərbaycanla yanaşı Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan, Macarıstan və Qazaxıstan da Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərə tam qayıdışını dəstəkləyib.
Skandinaviya ölkələri yalnız gənclər, qadın və gənclərdən ibarət yığmaların iştirakına razıdır.
Portuqaliya, İspaniya və İtaliya isə UEFA razılıq verəcəyi halda sanksiyaların yumşaldılmasını müzakirə etməyə hazırdır.
Polşa, Litva, Latviya, Estoniya və Ukrayna isə Rusiyanın geri dönüşünə qarşı çıxır.
Qeyd edək ki, hazırda FIFA və UEFA sanksiyalarına görə Rusiya yığmaları və klubları yalnız yoldaşlıq oyunları keçirə bilirlər.
Dünən
Dünən