17 sentyabr

Mingəçevirdə avtomobil ana və iki övladını vurub

Mingəçevirdə minik maşını övladlarını məktəbə aparan ana və iki övladını vurub.

Təhlil.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin 6 saylı orta məktəbin qarşısından keçən hissəsində baş verib. "Opel" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Yusibova Səbayət Tahir qızını və övladları - 2013-cü il təvəllüdlü Gülər Ramin qızı Yusibovanı və 2014-cü il təvəllüdlü Yusibli Rüstəm Ramin oğlunu vurub.

Sürücü dərhal hər üç yaralını xəstəxanaya çatdırıb.Faktla bağlı araşdırma başlanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?