Bu gün
Suriya və İsrail tarixi sazişə yaxındır

The Independent Arabia-nın yazdığına görə, Suriya və İsrail arasında tarixi sazişin imzalanması gözlənilir. ABŞ prezidenti Donald Tramp bu razılaşmanı sentyabrın sonunda Vaşinqtonda keçiriləcək mərasimdə şəxsən elan etməyə hazırlaşır.
Təhlil.az xəbər verir ki, sazişə görə Dəməşq Suriyanın ərazisindən İsrailə zərbə endirilməsinə yol verməmək, ölkənin cənubunda ağır silah yerləşdirməmək, İranın geri qayıtmasının qarşısını almaq və bufer zonanı genişləndirmək öhdəliyini götürəcək.
İsrail isə Suriya hökumətinin legitimliyini tanıyacaq və ölkənin daxili işlərinə qarışmamaq barədə öhdəlik götürəcək.
Qolan təpələri ilə bağlı məsələ isə gələcək danışıqlara saxlanılacaq.
Bu gün