Bu gün
Bakıdan Ağstafaya əlavə qatar reysləri təyin edilib

Artan sərnişin tələbatını qarşılamaq üçün ADY 20 sentyabrda Bakı–Ağstafa, 21 sentyabrda isə Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Təhlil.az bu barədə ADY-nin məlumatına istinadla xəbər verir.
“Eyni zamanda, Bakı-Qazax-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilərsiniz.
Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı (www.ady.az) rəsmi saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən öyrənə bilərsiniz”, - məlumatda qeyd edilib.