Bu gün

III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı açıqlanıb.

Təhlil.az Bakı Şəhər Halqasının məlumatına istinadla xəbər verir ki, yarışlarda 12 ölkədən ümumillikdə 2313 nümayəndə heyəti iştirak edəcək.

Azərbaycanı 349, Rusiyanı 262, Qazaxıstanı 259, Özbəkistanı 254, Belarusu 240, Tacikistanı 144, Türkmənistanı 48, Qırğızıstanı 126, Küveyti 6, Türkiyəni 38, iştirakını yeni təsdiqləyən Pakistan və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.

Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrinin iştirakı gözlənilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?