Bu gün

Ticarət-əyləncə komplekslərində terror aktları ilə mübarizəyə dair layihə həlləri müəyyənləşib

“Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları” təsdiq edilib.

Təhlil.az-ın məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.

Qərarda terror aktları ilə mübarizəyə dair layihə həlləri də öz əksini tapıb.

Belə ki, terror aktları ilə mübarizəyə dair layihə həllərində aşağıdakı müddəalar əks olunmalıdır:

obyektin antiterror mühafizəsinin vəziyyətinə əhəmiyyətli təsir göstərən xüsusiyyətləri, o cümlədən: eyni vaxtda 50 və daha çox insanın olması mümkün olan yerləşgələrin siyahısı; eyni vaxtda 50 və daha çox insanın yerləşgələrə tərəf hərəkəti mümkün olan piyada yolları; eyni vaxtda 50 və daha çox insanın toplaşması mümkün olan yerləşgələrə aparan liftlər və pilləkənlər də daxil olmaqla şaquli nəqliyyat kommunikasiyaları;

binaya giriş qruplarında və obyektin ərazisinin giriş zonalarında partlayıcı qurğuların, silahların, döyüş sursatlarının və terror aktlarının törədilməsinin digər vasitələrinin aşkar edilməsi üçün texniki vasitələrlə təchiz edilməsi üzrə texniki həllər;

insanların və avtomobil nəqliyyatının obyektin ərazisinə və ayrılmış zonalarına buraxılması alqoritmlərinin müəyyən edilməsi;

terror aktlarına qarşı mübarizə üzrə texniki vasitələrinin təsviri, onların təyinatı və əsas texniki xüsusiyyətləri.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?