Bu gün

Xalq artisti Murad Yagizarov vəfat edib

Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Murad Yagizarov vəfat edib.

Təhlil.az xəbər verir ki, bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə sosial şəbəkə hesabında paylaşım edib.

M.Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub.

Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962).

1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?