Bu gün
İstanbul-Bakı reysinin xanım sərnişinində 153 qram kokain aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb.
Təhlil.az xəbər verir ki, İstanbul-Bakı reysi ilə gələn Azərbaycan vətəndaşı olan qadın sərnişinin üzərində 153,551 qram kokain aşkarlanıb.
Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotiki ölkəyə qaçaqmalçılıq yolu ilə keçirən qadın və bu cinayətdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Bu gün