Bu gün

Metroda differensial qiymətə keçid istisna edilmir - RƏSMİ

“Bakı Metropoliteni” QSC gedişhaqqının artırılması və ya azaldılması səlahiyyətinə malik deyil.

Təhlil.az xəbər verir ki, bu barədə qurumun sədrinin müşaviri Emil Əhmədov açıqlamasında verib.

Onun sözlərinə görə, metroda vahid gedişhaqqı qalmaqda davam edəcək, lakin gələcəkdə differensial tarif sisteminə keçid mümkündür:

“Ümumi gedişhaqqının artması müzakirə edilmir. Amma gələcəkdə differensial qiymət artımı ola bilər. Bu, gündəmdədir. Bunun üçün infrastruktur və texniki tamamlama işlərinin yekunlaşması, ödəniş sistemlərinin tətbiqi kimi addımlar atılmalıdır. Hələlik bu barədə yekun qərar yoxdur”.

Mütəxəssislər bildirirlər ki, differensial qiymət tətbiqi marşrut məsafəsinə uyğun ödəniş sistemini nəzərdə tutur və bu, sərnişinlərin istifadə vərdişlərinə də təsir göstərə bilər.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?