12 sentyabr

Şagirdlərə dərs vaxtı telefon qadağası – yeni qaydalar tətbiq olunur

“Məktəbdə telefon yox!” – bu, yeni tədris ilində şagirdlərin qarşılaşacağı əsas qaydalardan biridir.

Təhlil.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov da jurnalistlərə açıqlamasında bildirib ki, artıq bütün ölkə üzrə şagird davranış qaydalarının tətbiqinə nail olunacaq.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, şagirdlərin dərs vaxtı telefonlardan istifadə etməsinə icazə verilməyəcək. Bu addım təhsilin keyfiyyətini yüksəltmək və şagirdlərin dərs prosesinə tam diqqət ayırması üçün atılır.

Eşqi Bağırov vurğulayıb ki, yaxın günlərdə qaydalar bütün ümumtəhsil müəssisələrində tam tətbiq olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?