Dünən
Finlandiyalı deputat parlament binasında intihar edib

Millət vəkili Emeli Peltonen Finlandiya parlamentinin binasında dünyasını dəyişib. Təhlil.az xəbər verir ki, bu barədə Helsinki polisi məlumat verib.
“İltalehti” qəzetinin yazdığına görə, söhbət millət vəkilinin intiharından gedir.
Parlamentin təhlükəsizlik xidmətinin rəhbəri Aaro Toivonen “Yle” jurnalisti ilə söhbətində bu məlumatı təkzib etməyib.
Polis ölüm faktını araşdırır. Hüquq-mühafizə orqanları cinayət əlamətlərinin aşkar edilmədiyini bildirir. Hadisə yerində bir neçə polis patrulu və həkimlər işləyir.
Finlandiya parlamenti hazırda yay tətilindədir. Payız sessiyası sentyabrın 2-də başlayacaq.