15 avqust
Əraqçı: Ermənistan “Tramp marşrutu” ilə bağlı İranın bütün qırmızı xətlərinə əməl edib

Ermənistan Vaşinqton razılaşmalarından sonra “Tramp marşrutu” ilə əlaqədar Tehranın bütün qırmızı xətlərinə əməl olunduğuna İranı inandıra bilib. Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
IRNA-ya müsahibəsində Əraqçı qeyd edib ki, məsələnin miqyası hələ tam aydın deyil, lakin Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.
Nazir vurğulayıb ki, İran əvvəllər regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu baş verməyib.
“Gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”, - deyə nazir əlavə edib.