12 avqust
Tramp ABŞ-yə idxal edilən qızıla rüsumları ləğv edib

Amerika Birləşmiş Ştatları ölkəyə idxal edilən qızıla rüsum tətbiq etməyəcək.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth" sosial şəbəkə hesabında məlumat verib.
"Qızıl rüsumlara tabe olmayacaq", - deyə, Ağ Evin rəhbəri yazıb.
Tramp bu qərarı verməsinin səbəblərini açıqlamayıb.
Xatırladaq ki, avqustun 8-də “Financial Times” ABŞ-nin qızıla rüsum tətbiq etməsi barədə məlumat yaymışdı.