“Reuters”: Putin-Zelenski görüşü Macarıstanda baş tuta bilər

Vaşinqtondakı görüşdən sonra həm Donald Tramp, həm də Volodimir Zelenski Vladimir Putinlə üçtərəfli danışıqların baş tutacağına ümid etdiklərini bildiriblər.
Təhlil.az xəbər verir ki, ABŞ prezidentinin bazar ertəsi sosial mediada yazdığına görə, o, Rusiya liderinə zəng edərək Putin və Zelenski arasında görüş, ardınca isə üç prezidentin iştirakı ilə üçtərəfli sammit təşkil etməyə başlayıb. “Reuters” agentliyinin Avropa nümayəndəliyindəki mənbəsi bildirib ki, Tramp Avropa liderlərinə Putinin bu ardıcıllığı təklif etdiyini deyib.
Kreml Zelenski ilə görüşə razılaşdığını açıq şəkildə açıqlamasa da, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi “Reuters” agentliyinə Putin və Zelenski arasında görüşün Macarıstanda keçirilə biləcəyini deyib.
Almaniya kansleri Fridrix Merzin sözlərinə görə, görüş yaxın iki həftə ərzində baş tuta bilər.