Dünən

Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb

Ermənistanın Yekaterinburqdakı nümayəndəliyi 7 illik fəaliyyətdən sonra bağlanıb. Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının Çelyabinsk bölməsinin sədri Qaqik Mxitaryan öz “Telegram” kanalında məlumat verib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Yekaterinburqdakı fəxri konsul vəzifəsindən uzaqlaşdırıb. Bu, avqustun əvvəlində baş verib. Rəsmi səbəb göstərilməyib, lakin mediada yazılıb ki, istefa konsulun Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsi ilə bağlı hərəkətləri ilə razılaşmaması ilə bağlı ola bilər.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?