Dünən
Makron Putin-Zelenski görüşünün keçiriləcəyi yer kimi İsveçrəni təklif edib

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib. Təhlil.az xəbər verir ki, Fransa lideri bir jurnalistin 2019-cu ildə olduğu kimi Parisdə görüş keçirmək imkanı barədə sualını cavablandırarkən bunu deyib. O qeyd edib ki, vəziyyət fərqli mərhələdədir və neytral ölkə tapmaq lazımdır. Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Ötən dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib", - deyə Makron bildirib.