Sabah metro 1 saat çox işləyəcək

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq.
"Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək. Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək", - məlumatda qeyd edilib.