Bu gün

Klyuçevskaya Sopka dəniz səviyyəsindən 9 km hündürlüyə kül atıb

Rusiyanın Kamçatkada yarımadasındakı Klyuçevskaya Sopka vulkanı dəniz səviyyəsindən 9 km hündürlüyə kül atıb

Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında məlumat verilib.

"Klyuçevskaya vulkanı. Kül tullantısının hündürlüyü dəniz səviyyəsindən təxminən 9 min metr yüksəkliyə çatıb”, - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 30-da Kamçatkada baş vermiş 8,7 maqnitudalı güclü zəlzələ iyulun 31-də vulkanda kül tullantısına səbəb olub.

Qeyd edək ki, Klyuçevskaya Sopka təxminən 7 min il yaşı olan, hündürlüyü 4688-4750 metrə çatan (dəniz səviyyəsinə nəzərən) Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Bu, təxminən 700 m diametri olan zirvə kraterinə malik konusvari coğrafi obyektdir. Yamaclarda 80-ə yaxın ikinci dərəcəli partlayış kraterləri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatski rayonunun Klyuçi qəsəbəsindən 30 km aralıda yerləşir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?