Bu gün

Venesiyada vəba adası parka çevrilir

Venesiyada Povelya adasına ikinci həyat veriləcək.

Təhlil.az xəbər verir ki, bu ərazi vəba xəstəliyi, qəbirstanlıq və psixiatriya xəstəxanası ilə məşhurdur və uzun müddət tərkedilmiş vəziyyətdəolub. Bir qrup venesiyalı isə adanı 99 illik icarəyə götürərək, parka çevirmək niyyətinə düşüb.

Bu ada 18-ci əsrdə Venesiyaya vəba gələndə karantin zonasına çevrilib.

Adada 160 mindən çox insanın qalıqlarının dəfn edildiyi hesab edilir.

Daha sonra açılan psixiatriya xəstəxanası 1968-ci ilə qədər mövcud olub.

O vaxtdan bəri Povelya xəstəxana xarabalıqları, hərbi istehkamlar və vəhşi təbiəti ilə tərk edilmiş qalıb.

Adada kabus və ruhların dolaşdığı barədə əfsanələr var vəhətta paranormal hadisələrlə bağlı xarici şoularda da yer alıb.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?