Bu gün

Tramp: “Rusiya ilə nüvə qarşıdurmasına tam hazırıq”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya ilə mümkün nüvə qarşıdurmasına hazır olduqlarını bəyan edib.

Onun bu açıqlaması Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə silahı ilə bağlı verdiyi bəyanatdan sonra gəlib.

“Medyedev nüvə silahından danışmağa başladı. Əgər söhbət nüvədən gedirsə, biz hazır olmalıyıq. Və biz tam hazırıq”, – deyə Tramp vurğulayıb.

O qeyd edib ki, Rusiya tərəfinin açıqlamalarına cavab olaraq o, ABŞ-nin atom sualtı qayıqlarının yerləşdirilməsi ilə bağlı göstəriş verib: “Bu qərarı insanlarımızın təhlükəsizliyi naminə verdim”.

Tramp, eyni zamanda, ehtiyatlı davranmaq lazım olduğunu bildirib: “Ortaya bir təhdid atılıb və bu, bizim fikrimizcə, yersiz idi. Biz buna cavab verdik”.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?