Bu gün

Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə yola salınıb.

Təhlil.az xəbər verir ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?