Dünən

NİİM: “Koroğlu” körpüsünün üzərində sıxlığın aradan qaldırılması üçün işlər görülür

Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Təhlil.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına istinadla xəbər verir.

Bildirilib ki, polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də sıxlığın aradan qaldırılması üçün işlər görülür.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?