Dünən

Gürcüstanın xarici işlər naziri: Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığa böyük önəm veririk

Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinə böyük önəm verir.

Təhlil.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əlaqələri xüsusi qeyd etmək istəyirəm. Ölkələrimiz arasındakı bu üçtərəfli format mühüm formatdır. Gürcüstan üçtərəfli formatda əməkdaşlığın güclənməsində maraqlıdır”, - deyə nazir qeyd edib.

AZERTAG

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?