22 iyul
Hakan Fidan: “Suriyanın bölünməsinə cəhd olarsa, Türkiyə müdaxilə edəcək”

Suriyada bəzi qruplaşmalar ölkəni parçalamağa çalışarsa, bilinsin ki, bu, Türkiyə üçün qırmızı xətdir.
Təhlil.az xəbər verir ki, bu sözləri Türkiyə XİN başçısı Hakan Fidan deyib. O, belə bir vəziyyətdə müdaxilə etməkdən çəkinməyəcəklərini bildirib. Nazir bu məsələni Türkiyənin milli təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirib. Ankara regiondakı separatçı cəhdlərə qarşı qətiyyətli mövqe sərgiləyəcəyini bir daha açıq şəkildə bəyan edib.