Bu gün

Ağ ev: ABŞ İranla danışıqlara açıqdır

ABŞ prezident administrasiyasının mətbuat katibi Karolin Levit qeyd edib ki, ölkə lideri Donald Tramp İslam Respublikası ilə bağlı prioritetlərini aydın şəkildə qeyd edib. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə ABŞ administrasiyası lazım bildiyi təqdirdə İranla danışıqlara açıqdır.

"Prezident İranla bağlı prioritetləri barədə çox açıq şəkildə danışdı. O, onların nüvə imkanlarını məhv etdi və mən inanıram ki, administrasiya İranla danışıqları zəruri hesab etdiyimiz təqdirdə, danışıqlara açıq qalacaq", - Levit əlavə edib.

“Axios”a görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər. Əks halda, “Avropa üçlüyü” BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırdığı sanksiyaları yeniləyəcək “snapback” mexanizmini işə salmağı planlaşdırır.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?