Bu gün

Ermənistan gömrüyü Azərbaycanla sərhədləri açmağa hazırdır?

Ermənistan gömrüyü Azərbaycanla sərhədləri açmağa hazırdır.

Azərbaycanın əsas hissəsindən Naxçıvana malların tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə eyni olacaq, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan bildirib.

O qeyd edib ki, hal-hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərində sadələşdirilmiş tranzit var.

Təhlil.az xəbər verir ki, bununla belə, Akopyan Naxçıvana malların sadələşdirilmiş tranzitinin təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda, qeyd etmək lazımdır ki, sərhədlərin açılmasından ağız dolusu danışan erməni rəsmiləri praktik sahədə hələ heç bir iş görməyib. Nə sökülmüş Zəngəzur dəhlizində, nə də Qazax-İcevan dəmir yolu istiqamətində bir daş belə daş üstə qoyulub. Bu yolların bərpası üçün hələ heç texniki-iqtisadi əsaslandırma belə yoxdur.

O ki qaldı Azərbaycan tərəfinə, bu ilin sonuna Goradiz-Ağbənd (Ermənistan və İran sərhədləri) avtomobil və dəmir yollarının tikintisi tam yekunlaşacaq.

"Nağılbaz" Ermənistan artıq sözdən əmələ keçməlidir.

anspress.com