30 may

MN: Azərbaycan Ordusunun bölmələri Xəznəvara atəş açmayıb

Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır", - məlumatda deyilir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?