11 fevral

Adil Kərimli: "Mədəniyyət günlərinin keçirilməsi prioritet istiqamətlərdəndir”

Mədəniyyət sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində ötən il kifayət qədər əhəmiyyətli işlər görülüb. Mədəniyyət ən vacib sahələrdən biridir. Bu sahənin inkişafı məqsədilə çoxsaylı qərarlar qəbul olunub, müxtəlif tədbirlər həyata keçirilib və mədəniyyət sahəsi daha da gücləndirilib.

Təhlil.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli fevralın 11-də qurumun 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında çıxışı zamanı bildirib. 

Nazir qeyd edib ki, bu il qəbul olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası qarşıdakı dövrdə həyata keçiriləcək islahatların əsas istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəddir.

Onun sözlərinə görə, Konsepsiya mədəniyyət sahəsində yol xəritəsini formalaşdıracaq və görüləcək işlərin zəruriliyini əsaslandıracaq.

Adil Kərimli həm ölkə daxilində, həm də xaricdə mədəniyyət günlərinin təşkili məsələsinə də toxunaraq vurğulayıb ki, bu təşəbbüslər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Nazir mədəniyyət günlərinin daha peşəkar, əhatəli və geniş miqyasda keçirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Eyni zamanda, nazir işğaldan azad olunmuş ərazilərdə hər il şəhər günlərinin keçirilməsinin mədəni həyatın bərpası, tarixi-mədəni irsin canlandırılması və ictimai-mədəni fəallığın artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Onun sözlərinə görə, bu tədbirlər çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif mədəni layihələr təşkil olunur ki, bu da bölgələrin sosial-mədəni inkişafına mühüm töhfə verir.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?