Bu gün

Tramp Zelenski və Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə tezliklə görüş keçirməyi planlaşdırdığını bildirib.

Təhlil.az xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı danışıb.

“Tezliklə görüş təşkil olunacaq. Məncə, böyük irəliləyiş var”, -  deyə, Tramp bildirib.