Bu gün
Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Oktyabrın 27-də Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
“Azərişıq” ASC-dən verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə transformator məntəqəsində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələrində, Azərbaycan prospektində və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.