Bu gün

Yasamalda məktəbdə ölüm hadisəsi baş verib - RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisə ilə bağlı açıqlama yayıb.  

Təhlil.az xəbər verir ki, məlumata əsasən, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb. 

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - açıqlamada bildirilib.