Bu gün
Dəhşətli dəmir yolu qəzası: azı 10 nəfər həlak olub

İspaniyada baş verən dəhşətli dəmir yolu qəzası nəticəsində azı 10 nəfər həlak olub. Ölənlərin sayının artacağı ehtimal edilir.
"El Pais" qəzetinin məlumatına əsasən, qəza bu gün Toledo yaxınlığında, Urda stansiyası ərazisində baş verib.
Yüksək sürətli AVE qatarı relslər üzərində dayanmış digər qatarla toqquşub. Toqquşma nəticəsində iki vaqon relsdən çıxıb.
Hadisənin səbəbləri və qəzanın dəqiq təfərrüatları araşdırılır.
Qəza ilə əlaqədar Renfe şirkəti Madrid, Syudad-Real və Əndəlus arasında dəmir yolu əlaqəsinin dayandırıldığını açıqlayıb.
Baş verən faciəyə görə İspaniya hökuməti bu gün üçün nəzərdə tutulan planlarını ləğv edib.
Qəza yerində vəziyyət və ölənlərin dəqiq sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Bu gün
Bu gün
Dünən