Azərbaycanda Nyukasl xəstəliyi ilə bağlı təhlükə siqnalı varmı?

Azərbaycanda quş qripi ilə bağlı aparılan genişmiqyaslı monitorinq müsbət nəticə verib.
Təhlil.az xbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin12–16 yanvar tarixlərində respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında keçirilən epizootoloji monitorinq zamanı quş qripi xəstəliyinə dair hər hansı təhlükəli hal aşkarlanmayıb.
Monitorinq çərçivəsində dövlət təbiət yasaqlıqları, milli parklar, ovçuluq təsərrüfatları, su-bataqlıq və dənizsahili zonalar, eləcə də su anbarları və çaykənarı ərazilər nəzarətə götürülüb. Vəhşi quşlara klinik baxış keçirilib, zəruri diaqnostik nümunələr toplanıb.
Bununla yanaşı, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub. Aparılan analizlərin nəticələrinə əsasən, nə quş qripinin törədicisi, nə də xəstəliyə şübhəli klinik əlamətlər qeydə alınıb.
AQTA bildirir ki, ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyi baxımından da yoxlanılıb və bu istiqamətdə də heç bir yoluxma halı aşkar edilməyib.