Bu gün

Güllələnən müəllimin vəziyyəti açıqlanıb - RƏSMİ

“İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Təhlil.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzinin açıqlamasına əsasən, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: “Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?