Bu gün
Zelenski: Amerikalılar Putinin müharibəni bitirməyə hazır olduğunu bildirir

Hazırda amerikalı həmkarlarımız bildirirlər ki, Putin müharibəni bitirməyə hazırdır — həm açıq şəkildə, həm də qeyri-rəsmi müstəvidə.
Təhil.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Biz amerikalıların təşəbbüslərini dəstəkləyirik. Gələcək mümkün razılaşmaların bütün detalları ilə razı deyilik, bunu siz də bilirsiniz. Ərazi məsələsi, maliyyələşmə ilə bağlı müəyyən fikir ayrılıqlarımız var... Lakin düşünmürəm ki, sanksiyalar qüvvədə qaldığı halda Putinin iqtisadiyyatı müharibəni əvvəlki miqyasda davam etdirmək gücündə olsun”, — deyə Ukrayna prezidenti bildirib.