08 dekabr

Şahzadə Harrinin təhlükəsizlik tədbirləri nəzərdən keçirilir - ŞƏRH

Böyük Britaniya hökuməti şahzadə Harrinin ölkədə olduğu müddətdə təhlükəsizliyini təmin etmək üçün görülən tədbirləri nəzərdən keçirməyə başlayıb. Təhlil.az xəbər verir ki, buna səbəb onun ölkənin Daxili İşlər Nazirliyinə təhlükə səviyyəsinin yenidən qiymətləndirilməsi xahişi ilə müraciət etməsi olub.

Kral ailəsi və İctimai Xadimlərin Müdafiəsi İcraiyyə Komitəsi (RAVEC) təxminən altı ildən sonra ilk araşdırmanı aparmaq üçün öz bölməsinə tapşırıq verib. İlkin nəticələr gələn ay təqdim olunacaq. May ayında Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu kral vəzifələrindən istefa verdikdən sonra polis mühafizəsinin ləğvinə qarşı apellyasiya şikayətini uduzdu. Məhkəmənin qərarından sonra o, həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə Böyük Britaniyaya təhlükəsiz şəkildə səyahət edə bilməyəcəyini bildirdi.

Şahzadə Harri və Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvləri olmaqdan çıxdılar. O vaxtdan bəri cütlük səfərlərdə monarxı rəsmi olaraq təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və ya Əla həzrətləri titulundan istifadə etmək imkanını itiriblər. Onlar ABŞ-yə köçüblər və Kaliforniyanın Santa Barbara şəhərində bir ev alaraq orada oğulları Arçi və qızları Lilibet Diananı böyüdürlər.

Bundan sonra Böyük Britaniya Daxili İşlər Nazirliyi Şahzadə Harrinin vətəninə səfərləri zamanı avtomatik polis mühafizəsindən imtina etdi. Sasseks hersoqunun vəkilləri bu qərara apelyasiya şikayəti verərək Britaniya hakimiyyətini bu tədbirin hərtərəfli risk qiymətləndirməsini aparmağa çağırdılar.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?