08 dekabr

“Deutsche Welle”: 7 Aİ ölkəsi Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməkdə israr edir

Estoniya, Finlandiya, İrlandiya, Litva, Latviya, Polşa və İsveç Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə və Avropa Şurasının prezidenti Antonio Kostaya məktub göndərərək, Rusiyanın Aİ-dəki dondurulmuş aktivləri hesabına maliyyələşdirilən Kiyevə təzminat krediti təklifini dəstəklədiklərini bildiriblər. Təhlil.az xəbər verir ki, məktubda deyilir:

“Bu həll yolu maliyyə və siyasi cəhətdən real və mümkün görünməklə yanaşı, Ukraynanın təcavüz nəticəsində dəymiş ziyana görə kompensasiya almaq hüququnun əsas prinsipini dəstəkləyir. Dekabr ayında keçiriləcək Aİ sammitində təzminat krediti ilə bağlı qərar qəbul edilərsə, Ukrayna özünü müdafiə etmək, ədalətli və davamlı sülh danışıqları aparmaq üçün daha güclü mövqedə olacaq”.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?