08 dekabr
Gürcüstan Azərbaycan neftini Ermənistana bir dəfə pulsuz tranzit edəcək

Gürcüstan Azərbaycan neftini Ermənistana bir dəfə pulsuz tranzit edəcək.
Təhlil.az xəbər verir ki, mediada yayılan əvvəlki xəbərlərdə Gürcüstanın tranzit üçün tonuna görə 92 dollar tələb etdiyi bildirilirdi. Dekabrın 5-də Gürcüstan hökuməti yanacağın birdəfəlik tranziti üçün sorğu alıb və Baş nazir İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yoluna yükü dərhal pulsuz daşımaq tapşırılıb.
"5 dekabrda hökumət tərəfdaşlarından Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranziti üçün sorğu alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yoluna yükü dərhal dəmir yolu ilə pulsuz daşımaq tapşırılıb", - deyə bəyanatda bildirilir.
Dünən