Heydər Əliyev Aeroportunun Formula 1 günləri ilə bağlı sərnişinlərə çağırışı

Bakıda “Formula 1 Azərbaycan Qran Prisi 2025” ilə bağlı nəqliyyat məhdudiyyətləri tətbiq olunub, ölkəyə beynəlxalq qonaqların gəlişi isə artacaq.
Təhlil az xəbər verir ki, bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı, vaxtında hava limanına çatmaq üçün əlavə zaman ayırmağı tövsiyə edir.
Aeroportun əsas tövsiyələri:
Uçuşdan ən azı 2 saat əvvəl aeroportda olun;
Onlayn qeydiyyatdan keçin və self check-in köşklərindən istifadə edin;
Uçuş terminalınızı əvvəlcədən yoxlayın;
“Aeroexpress” nəqliyyatını seçin;
Parklanma qaydalarına riayət edin və ödənişləri mobil tətbiqlərlə edin;
Xüsusi qayğıya ehtiyacınız varsa, aviaşirkətə 48 saat əvvəl müraciət edin.
Formula 1 günlərində aeroportun bütün xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.