Bakı metrosunda pik saatlarda rekord interval: qatarlara 1 dəqiqə 45 saniyə

Sentyabrın 15-dən Bakı Metropolitenində payız-qış hərəkət qrafiki tətbiq ediləcək.
Təhlil.az xəbər verir ki, bu çərçivədə metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlara interval 1 dəqiqə 45 saniyəyə endiriləcək.
Yeni qrafik 34 cüt/saat prinsipi əsasında qurulub və bununla da sərnişindaşıma potensialı əhəmiyyətli dərəcədə artacaq. Beş vaqondan ibarət bir qatar 1600 sərnişin daşıya bildiyindən, əlavə olunan qatarlarla pik saatlarda eyni vaxtda 6400 sərnişinin daşınması mümkün olacaq. Ümumilikdə isə bu dəyişiklik illik 8 milyondan artıq əlavə sərnişin daşınmasına şərait yaradacaq.
Yeni qrafikə əsasən, “28 May–Əhmədli” sahəsində iş günləri səhər (07:30–09:30) və axşam (17:00–19:30) interval 1 dəqiqə 45 saniyə olacaq.
Metropolitenin məlumatına görə, bu dəyişiklik sərnişinlərin daha rahat və təhlükəsiz hərəkətinə imkan verəcək.