Bu gün

Azərbaycanın qızıl strategiyası: Neft Fondu sərvətini necə idarə edir?

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) 2025-ci ilin 1 aprel tarixinə olan hesabatında rekord göstərici ilə çıxış edib.

Təhlil.az xəbər verir ki, fondun aktivləri 62,7 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu, ilin əvvəlindən bəri 2,7 milyard dollarlıq artım deməkdir.

Qızılın payı kəskin artıb

SOFAZ-ın portfelində qızılın xüsusi çəkisi 13,2%-dən 25,8%-ə yüksəlib. Bu, 165,3 ton qızıl və 16,13 milyard dollar dəyərində sərvət deməkdir. Cəmi bir il əvvəl bu rəqəm 104 ton idi!

 Aktivlərin yerləşdirilməsi:

Obligasiyalar və pul bazarı alətləri: 42,6%

1-3 il: 32,8%

3-5 il: 24,7%

5 ildən yuxarı: 27,5%

1 ilə qədər: 15%

Valyutalarda bölgü:

ABŞ dolları – 66,1% (41,27 milyard dollar)

Avro – 21,4%

Funt sterlinq – 5,1%

Çin yuanı – 2,5%

Regionlar üzrə sərmayə:

Avropa – 29,8%

Şimali Amerika – 26,2%

Asiya – 11,8%

Yaxın Şərq – 0,8%

Avstraliya və Yeni Zelandiya – 0,7%

Latın Amerikası – 0,1%

 Aktivlərin strukturu:

Səhmlər – 24,8%

Daşınmaz əmlak – 6,8%

Beynəlxalq maliyyə qurumları tərəfindən idarə olunan hissə – 4,8%

Bu göstəricilər SOFAZ-ın yalnız gəlirliliyi deyil, həm də diversifikasiya və təhlükəsizlik strategiyasını uğurla həyata keçirdiyini göstərir. Qızıl ehtiyatlarının artımı isə həm inflyasiya risklərindən qorunmaq, həm də beynəlxalq maliyyə qeyri-sabitliyi fonunda sabitlik axtarışının bariz nümunəsidir.