Dünən

Final bileti üçün döyüş: Azərbaycan Monteneqroya qarşı

Bu gün minifutbol üzrə dünya çempionatında finalçılar müəyyənləşəcək.

Təhlil.az xəbər verir ki, tarixi uğura imza atan Azərbaycan millisi yarımfinalda Monteneqro yığması ilə qarşılaşacaq.

Yığmamız dörddəbir finalda güclü İngiltərə millisini 2:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb və növbəti mərhələdə hədəfi finala yüksəlməkdir.

Digər yarımfinal qarşılaşması isə Macarıstan və Serbiya komandaları arasında baş tutacaq. Hər iki görüş bu gün keçiriləcək və qaliblər iyunun 1-də baş tutacaq həlledici oyunda üz-üzə gələcək.

Minifutbol üzrə dünya çempionatında həyəcan doruğa çatır. İndi hər kəs finalda Azərbaycan millisinin adını görmək ümidi ilə gözləyir.