Dünən

Geomaqnit qasırğası gözlənilir

17-18 noyabr tarixlərində Yer kürəsində G1 səviyyəli (zəif) geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

Təhlil.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının kosmik hava şəraiti ilə bağlı proqnozunda qeyd olunub.

Proqnoza əsasən, geomaqnit qasırğasına noyabrın 14-də qeydə alınmış Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınlarının təsiri səbəb olacaq.

Qeyd edək ki, hesabat dövründə, noyabrın 7-də də Tac Dəliyi Axınlarının təsiri ilə G1 səviyyəli geomaqnit qasırğası qeydə alınıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?