Dünən

Tokayev Təhlükəsizlik Komitəsinin rəhbərini vəzifədən azad edib

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədri Yermek Saqimbayev vəzifəsindən azad edilib.

Təhlil.az xəbər verir ki, Qazaxıstanın "Novosti Zakon" portalının məlumatına görə, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

Bu vəzifəyə Marat İrmenov təyin olunub.

Yermek Saqimbayev 1967-ci il oktyabrın 11-də anadan olub. O, 1994–2006-cı illərdə Qazaxıstanın milli təhlükəsizlik orqanlarında, 2006–2019-cu illərdə isə Prezidentin Mühafizə Xidmətində müxtəlif vəzifələrdə çalışıb.2021–2022-ci illərdə Dövlət Mühafizə Xidmətinə rəhbərlik edən Saqimbayev 2022-ci ilin yanvarında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?