Bu gün

Noyabrda 11 gün iş olmayacaq

Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar noyabr ayında 11 gün işləməyəcək.

Təhlil.az xəbər verir ki, 2026-cı ilin istehsalat təqviminə əsasən, noyabrın 8-də Zəfər Günü, 9-da isə Dövlət Bayrağı Günü qeyd olunacaq. Hər iki tarix rəsmi qeyri-iş günüdür.

Noyabrın 8-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinin müvafiq müddəalarına əsasən, növbəti gün — noyabrın 10-u da istirahət günü olacaq.

Beləliklə, noyabrın 7-dən 10-dək beşgünlük iş həftəsi ilə çalışanlar üçün dörd günlük istirahət yaranacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, noyabr ayında beşgünlük iş həftəsi ilə işləyənlər üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü nəzərdə tutulub.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?