Bu gün
Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir

“Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir”.
Təhlil.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyü barədədir. Biz öz tariximizdən dərs çıxarmalıyıq. Dünya nizamı dağılır, biz isə bu şəraitdə sülh yarada bildik”, - hökumət başçısı deyib.
Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsində əsası qoyulmuş ideologiyadan imtinanın Azərbaycana və ya hər hansı xarici subyektə aidiyyəti yoxdur.
“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, - Baş nazir əlavə edib.
Bu gün
Bu gün
Dünən