Bu gün

Hörmüzdə bir neçə gəmi dəniz minasına düşdü

Hörmüz boğazının cənub hissəsində bir neçə tanker dəniz minalarına düşüb.

Təhlil.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, ərazidə “qayda pozan” tankerlərin orada yerləşdirilmiş dəniz minalarına toxunmasından sonra bir neçə güclü partlayış baş verib.

Zədələnmiş gəmilərin sayı və mümkün xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?