Bu gün

Neftimizin qiyməti 133 dolları ötdü

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,04 ABŞ dolları və ya 6,42 faiz artaraq bir barel üçün 133,23 ABŞ dollarına çatıb.

Təhlil.az xəbər verir ki, məlumata əsasən, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,83 ABŞ dolları və ya 6,83 faiz artaraq 122,39 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,81 ABŞ dolları və ya 8,05 faiz artaraq bir barel üçün 91,45 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,65 ABŞ dolları və ya 5,15 faiz artaraq bir barel üçün 135,74 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?