Bu gün
Dəmir yolları ilə yük daşımaları kəskin artıb

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 13 milyon 882 min 84 ton yaxın yük daşıyıb.
Təhlil.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 371 min 796 ton və ya 11 % çoxdur.
Hesabat dövründə tranzit daşımaları isə 15 % artaraq 5,7 milyon tona çatıb.
Tranzit yükdaşımalarda “Şərq-Qərb” dəhlizi üzrə 20 %, “Şimal-Cənub” istiqaməti üzrə isə 26 % artım qeydə alınıb.
Ötən il və bu ilin sentyabr ayları üzrə ümumi yükdaşıma həcmi 29 %, tranzit daşımalar isə 37 % artıb.