Bu gün

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının (STP) ərazisindən yola salınıb.

Təhlil.az xəbər verir ki, humanitar yardım Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Ukrayna tərəfinin müraciəti əsasında təşkil olunan humanitar yükün tərkibinə ümumi dəyəri 2,5 milyon manat olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.

Qeyd edək ki, Azərbaycan tərəfindən bundan əvvəl də Ukraynaya elektrik təchizatının təmin olunmasına dəstək məqsədilə humanitar yardımlar göndərilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?